Mətn tərcüməsi

orijinal mətnində bir bütöv kimi tam tərcümənin tərcümə prosesinə çevrilməsi.
Mətn səviyyəsində tərcümə
Mətnaltı
OBASTAN VİKİ
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Mətn
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Mətn dilçiliyi
Mətn dilçiliyi — möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir. Müasir dövrümüzdə aktual dilçilik sahələrindən olan mətn dilçiliyi XX əsrin 20-ci illərindən yaranmış, 50-80 ci illərdə formalaşmağa başlamışdır. Adından da göründüyü kimi, mətn dilçiliyinin əsas tədqiqat obyekti elə mətnin özüdür. "Mətn" sözünü ümumi şəkildə nəzərdən keçirsək, mətn sözü iki müxtəlif mənadan çıxış edə bilər. Yəni bu söz həm geniş mənada - makromətn, həm də onun əksi olan dar mənada - mikromətn kimi nəzərdə tutula bilər. Dar mənada göstərdiyimiz mikromətnlər birləşərək geniş mənalı makromətnlər əmələ gətirirlər. Bu halda "mürəkkəb sintaktik bütöv" anlayışı ilə "mikromətn" anlayışı üst-üstə düşür. Deməli, makromətnlər mürəkkəb sintaktik bütövlər yığınıdır. Tək bir cümlə bitmiş bir fikri ifadə etdiyi halda, mürəkkəb sintaktik bütöv mürəkkəb bir fikri, hər hansı bir müəyyən informasiyanı ifadə edir. Mürəkkəb sintaktik bütöv – iki və ya daha artıq cümlənin sintaktik və formal əlaqələrlə birləşdiyi sintaktik bir vahiddir.
Mətn proqramları
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot,Write) mətn redaktoru daxildir.
Mətn prosessoru
Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür. Windows ƏS-da mətn prosessoruna Wordpad daxildir. Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1, LibreOffice Writer və s. misal göstərmək olar. Windows ƏS-da mətn prosessoruna Ofis Proqramları siyahısına daxil olan Microsoft Word-ün genişlənməsi isə .doc-dur.
Mətn redaktorları
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot,Write) mətn redaktoru daxildir.
Mətn redaktoru
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot,Write) mətn redaktoru daxildir.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Atom (mətn redaktoru)
Atom — Mac OS, Linux və Microsoft Windows üçün yazılmış, pulsuz və açıq kod mətn və kod redaktorudur. Atom inteqrasiya olunmuş proqramlaşdırma mühiti kimi də istifadə oluna bilər. Atomu istifadə edən proqramçılar, onu "21-ci əsrin dəyişdirilə bilən (hackable) redaktoru" adlandırırlar.
CodeMirror (mətn redaktoru)
CodeMirror — brauzerdə kod redaktorunu təmin edən JavaScript komponentidir.Proqramın əsas xüsusiyyəti API və genişliyidir. == Tarixi == Mətn redaktorunun ilk versiyası 2007-ci ilin əvvəlində, JavaScript veb saytındakı konsol üçün yazılmışdır. Kod ilk dəfə 2007-ci ilin mayında CodeMirror adlandırldı və yayımlandı. 2010-cu ilin sonlarında, başqa bir JavaScript əsaslı kod redaktoru olan Ace layihəsi, yeni tətbiqetmə texnikalarını kəşf etdi və hətta JavaScript-də də minlərlə pozulmuş sənədləri idarə etməyin mümkün olduğunu nümayiş etdirdi. Bu isə CodeMirror-un yenidən yazılmasına səbəb oldu.
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
Ronqoronqo mətn A
Ronqoronqo mətn A — Tahua olaraq da bilinir. Günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir.
Ronqoronqo mətn B
Ronqoronqo mətn B - Aruku Kurenqa olaraq da bilinir. Günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir.
Ronqoronqo mətn C
Ronqoronqo mətn C — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Mamari olaraq da bilinir.
Ronqoronqo mətn D
Ronqoronqo mətn D - günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Ekankrey olaraq da bilinir.
Ronqoronqo mətn E
Ronqoronqo mətn E — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Keiti olaraq da bilinir.
Ronqoronqo mətn F
Ronqoronqo mətn F — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Şovey fraqmenti olaraq da bilinir.
Ronqoronqo mətn G
Ronqoronqo mətn G - günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Kiçik Santiaqo olaraq da bilinir.
Ronqoronqo mətn H
Ronqoronqo mətn H — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Böyük Santiaqo olaraq da bilinir.
Ronqoronqo mətn I
Ronqoronqo mətn I — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir.
Ronqoronqo mətn J
Ronqoronqo mətn J — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Böyük reimiro olaraq da bilinir.
Ronqoronqo mətn K
Ronqoronqo mətn K — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. London olaraq da bilinir.
Ronqoronqo mətn L
Ronqoronqo mətn L - günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Kiçik reimiro olaraq da bilinir.
Zəngin mətn formatı
Zəngin mətn formatı (ing. Rich Text Format RTF) — əksər mətn redaktorlarının dəstəklədiyi fayl formatı. Müxtəlif platformalarda (məsələn, Apple Macintosh və IBM-uyumlu kompüterlərdə) işlədiyindən formatlanmış mətn sənədlərini tətbiqi proqramlar arasında ötürmək üçün bu formatdan istifadə edilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.